DÜNYA ÖZ XƏBƏR

Təslim olan terrorçudan etiraf: "Türk “PUA”ları bizə nəfəs almağa imkan vermirdi"

Batmandan İstanbula işləmək üçün getdikdən sonra terror təşkilatı PKK-ya qoşulan terrorçu təslim olduqdan sonra etiraflar edib.

32gun.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə qarşı qorxularını dilə gətirib.

Hadisə ilə bağlı məlumatda qeyd edilir ki, Batman Polis İdarəsinin uğurlu fəaliyyəti nəticəsində son 8 ayda 8 terrorçu təslim olub. 2019-cu ildə Diyarbəkirdə anaların etirazı başlayandan bəri təslim olan terrorçuların sayı 39-a çatıb.

Suriyadakı İŞİD ünsürləri ilə razılaşan "Berxwedan" kod adlı 25 yaşlı S.A  adlı terrorçu Habur Sərhəd Qapısına təslim olduqdan sonra Batmana gətirilib. Polis idarəsində dindirilən terrorçu S.A. ifadəsində ailəsinə maddi dəstək məqsədilə Batmandan İstanbula getdiyini bildirib.

S.A 2021-ci ildə guya xırda bizneslə məşğul olmaq üçün HDP-lilərlə görüşüb. O, HDP-lilər tərəfindən Avropada iş tapacağı vədi ilə aldadıldığını və qeyri-qanuni yollarla Yunanıstana aparıldığını bildirib.

Terrorçu S.A buradan Avropaya getmək üçün gözləyən zaman terrorçuların düşərgələrinə təhvil verildiyini bildirib.
Bir müddət burada terrorçuların düşərgələrində təlim keçdiyini bildirən S.A Avropaya getmək arzusunda olarkən saxta pasportla Türkiyəyə daxil olduqdan sonra əvvəlcə Mardinin Nusaybin rayonuna, oradan da qeyri-qanuni yollarla Suriyaya aparıldığını bildirib.

Bir müddət Suriyada terrorçuların düşərgələrində təlim keçdikdən sonra mağara, tunel və xəndək qazan dəstəyə daxil edildiyini bildirən S.A, onunla birlikdə terrorçuların günlərlə mağara, tunel və səngər qazdıqlarını bildirib.

Açıqlamasında Türkiyənin PUA və İHA-ları tərəfindən daim izlənildiyini bildirən terrorçu S.A "Türkiyə PUA-ları və SİHA-ları davamlı olaraq üstümüzdə dolanırdı” deyə qeyd edib:

"Nəfəs almağa imkan vermirdilər, daim nəzarətdə olurduq. Dostlarımız PUA-lardan atılan bombalar üzündən qazdığımız mağaralarda, tunellərdə, xəndəklərdə basdırılaraq ölürdülər. Dostlarımız boş yerə ölürdülər.

Ölüm hər an ətrafımızda idi. Hər an öləcəyimiz qorxusu ilə yaşayırdıq. Əməliyyatlar davamlı idi. Elə bir nöqtədə idik ki, başımızdan çıxa bilmirdik. Saylarımız hər an azalırdı, təşkilatda iştirak demək olar ki, yox idi. Gələnlər az idi, 13-14 yaşlı uşaqlar idi. Bunlarla hansı müharibə aparmaq olar?
 

Hamımız peşman idik, mənim kimi dostlarımın hamısı təşkilatdan qaçmaq istədi, amma fürsət tapa bilmədilər.

Təşkilatdakı idarəçilər  döyüşmək üçün adam  tapa bilmədiklərinə görə sahib olduqlarını itirməkdən qorxurlar.

Ona görə də daim təzyiq altında idik. Eşitdim ki, Diyarbəkirdə analarımız aksiyaya başlayıb. O anaların fəryadını hamımız eşitdik. Ona görə də ailələrimizin yanına qayıtmaq istədik. İlk fürsətdə təşkilatdan qaçıb təhlükəsizlik qüvvələrinə təslim oldum. Gəlmək istəyən dostlarıma səslənirəm, gəlin təslim olun. Bizə deyildiyi kimi deyil, hər şey bizə deyilənlərdən qat-qat gözəldir. Həyatınızda yeni səhifələr açın"

Ayxan


 

 

Oxşar Xəbərlər