DÜNYA ÖZ XƏBƏR

Beynəlxalq Cinayət Məhkəməsinə kiberhücum edildi

Hollandiyanın Haaqa şəhərində yerləşən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından biri olan Beynəlxalq Cinayət Məhkəməsi (ICC) kiberhücuma məruz qalıb.

32gun.az Xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə ICC tərəfindən açıqlama verilib.

Açıqlamada qurumun ötən həftə sonu kiber hücuma məruz qaldığı, kompüter şəbəkəsində qeyri-adi bir fəaliyyətin təsbit edildiyi və bunun davam edən müdaxiləyə səbəb olduğu bildirilib:

"Bu kibertəhlükəsizlik hadisəsinə reaksiya vermək və onun təsirini yumşaltmaq üçün təcili tədbirlər görülüb” .

ICC hücumun nə qədər ciddi olduğu, tam həll edilib-edilmədiyi və ya arxasında kimin ola biləcəyi ilə bağlı şərh verməkdən imtina edib. ICC sistemində çox həssas sənədlər, sübutlar və qorunan şahidlərin adları olduğu bilinsə də, kiberhücumun sistemin hansı hissəsinə daxil olduğu bilinmir.

Xatırladaq ki, İCC 2002-ci ildə Haaqada hərbi cinayətlər və insanlığa qarşı cinayətləri mühakimə etmək üçün yaradılıb. Məhkəmənin prokurorları hazırda Ukrayna, Uqanda, Venesuela, Əfqanıstan və Filippində vəziyyətlə bağlı 17 araşdırma aparır. Ötən mart ayında məhkəmə ukraynalı uşaqları Ukraynadan qanunsuz çıxarmaqda şübhəli bilinərək Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. 

Ayxan 

Oxşar Xəbərlər