Dubaylı iş adamı hovuzda üzən dostlarına etdiyi zarafatla sosial şəbəkədə trend mövzusuna çevrilib.
32gun.az xarici Kİv-ə istinadən xəbər verir ki, sosial media hesabında milyonlarla izləyicisi olan dubaylı iş adamı Humaid Abdulla Albuqaiş son videosunda dostlarına unudulmaz zarafat edib.
O, həmin anları mobil telefonuna çəkərək sosial şəbəkədə paylaşıb.
Evində çoxlu yırtıcı heyvan saxlaması ilə tanınan Albuqaiş, baş verənlərdən xəbərsiz olaraq hovuzda üzən dostları arasında pələng qoyub. Pələngin arxalarından gizlənərək hovuza girdiyini görüblər.
Hovuzdakı pələng onlara tərəf irəliləyərkən dostlarından biri saniyələr ərzində çölə atılıb.
Ayxan