DÜNYA ÖZ XƏBƏR

Donuz əti yeyən qadına 2 il həbs cəzası verildi

İndoneziyada donuz əti yeyən müsəlman qadına 2 il həbs cəzası verilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən qadın həmin anları video lentə alaraq "TikTok" hesabında paylaşıb. Görüntülərdən 33 yaşlı qadının donuz ətini yemədən əvvəl "bismillah" dediyi məlum olub.

O, həmçinin 16 245 ABŞ dolları məbləğində cərimələnib.

Bildirilib ki, cərimə ödənilməsə, onun həbs müddəti üç ay uzadılacaq.

Aysel Şirinova

Oxşar Xəbərlər