DÜNYA ÖZ XƏBƏR

İsrail Filistin arasında GƏRGİNLİK - qız məktəblərinə hücum etdilər

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinli məktəbli qızların təhsil aldığı məktəbə hücum edib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən israil qüvvələri məktəbə gözyaşardıcı qaz bombası atıb.

Basqın zamanı İsrail qüvvələri ilə yerli sakinlər arasında insident yaşanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail ordusunun Karava Beni Hasan qəsəbəsindəki qızların ibtidai məktəbinə gözyaşardıcı qaz atması nəticəsində onlarla şagirdin boğulma təhlükəsi ilə üzləşdiyi qeyd edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər