Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafosanı Nyu Yorkdakı Türk Evində qəbul edib.
32gun.az bildirir ki, görüş zamanı Türkiyə ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar, iki ölkəni maraqlandıran regional və qlobal məsələlər müzakirə edilib.
İclasda xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Ayxan