DÜNYA ÖZ XƏBƏR

Baydenin bu davranışı ilə məsxərəyə qoyuldu

ABŞ prezidenti Co Baydenin bir tədbirdəki çıxışında eyni hekayəni təkrar-təkrar danışması məsxərəyə qoyulmasına səbəb olub.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Virciniyada ifrat sağçı ekstremistlərlə toqquşmaların ona o vaxt prezidentliyə namizəd olmaq motivasiyasını verdiyini izah edən Bayden bir neçə dəqiqə sonra eyni hekayəni eyni cümlələrlə yenidən danışmağa başlayıb.

Respublikaçıların Milli Komitəsinin sözçüsü Stiv Qost həmin dəqiqələrdə “Bunlar həqiqətən normaldır”,- deyərək istehzalı yanaşma sərgiləyib.

Qeyd edək ki, 80 yaşlı Bayden bu həftə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşü zamanı səhnədə olarkən  Braziliya bayrağına çırpılıb və Lulanın əlini sıxmağı unudub.

Digər tərəfdən, sorğular göstərir ki, amerikalıların 77 faizi Baydenin gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək üçün çox qoca olduğunu düşünür.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər