DÜNYA ÖZ XƏBƏR

Bu ölkənin internat məktəblərində 158 uşağın öldüyü məlum olub

Kanadanın Britaniya Kolumbiyası əyalətindəki üç internat məktəbində və naməlum qəbirlərdə itkin düşən uşaqlarla bağlı aparılan araşdırma nəticəsində ən azı 158 uşağın öldüyü məlum olub.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, sənədlərdə bir çox uşaqlarla pis rəftar edildiyi, cinsi, fiziki və emosional zorakılığa məruz qaldığı, bəzi uşaqların valideynlərinə xəbər verilmədən  basdırıldığı aşkarlanıb.

Tədqiqatçılardan Amber Kostuchenk itkin düşən azyaşlılarla bağlı məlumat toplamağa davam etdiklərini bildirib.

Digər tərəfdən, istintaq üçün lazım olan 70 min sənədin yalnız yarısının əllərində olduğu deyilib.

Aysel Şirinova

Oxşar Xəbərlər