DÜNYA ÖZ XƏBƏR

1000 suriyalının bu ölkəyə girişinə qadağa qoyuldu

Livan ordusu 1000 suriyalının ölkəyə qeyri-qanuni girişinin qarşısını aldı.

32gun.az xəbər verir ki, bu barədə ordu komandanlığı məlumat yayıb.

Məlumata əsasən Livan səlahiyyətliləri suriyalı qaçqınları ölkələrinə göndərmək üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyib.

Digər tərəfdən, bildirilib ki, təhlükəsizlik qüvvələri Suriya sərhədinə yaxın ərazilərdə insan alverinin qarşısını almağa çalışır.

Qeyd edək ki, təxminən 1,5 milyon suriyalı qaçqının öz sərhədləri daxilində yaşadığı Livan adambaşına ən çox qaçqına ev sahibliyi edən ölkədir. 

Aysel Şirinova

 

Oxşar Xəbərlər