Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Polşadan sonra digər Avropa ölkələri ilə gərginlik yaşanmasının qaçınılmaz olduğunu bildirib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən Polşanın Ukraynaya silah tədarükündən imtina etmək niyyəti ilə bağlı Peskov, “Varşava ilə Kiyev arasında müəyyən gərginliyin olduğunu görürük. Biz Varşava ilə Kiyev arasında bu gərginliyin artacağını proqnozlaşdırırıq”,- deyib.
Gərginliyin digər Avropa ölkələri ilə başlaya biləcəyinə işarə edən Kremlin sözçüsü, "Kiyevlə digər Avropa paytaxtları arasında gərginliyin zamanla artacağını anlayırıq. Bu qaçılmazdır",-deyərək şərhini yekunlaşdırıb.
Aysel Şirinova