Nigeriyanın Zamfara əyalətində universitetə silahlı basqın nəticəsində 35 nəfər qaçırılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən qaçırılanlardan 24-nün tələbə olduğu bildirilib.
Bildirilib ki, əyalət 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına tez-tez rast gəlinir.
Aysel Şirinova