SİYASƏT

Saat 17:00-a qədər respublika üzrə seçici fəallığı AÇIQLANDI (YENİLƏNİB)

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

32gun.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4590075 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6521-dir.

***

15:37

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin saat 15:00-a olan nəticələri məlum olub.

32gun.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Bildirilib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 60,54 faizdir: "3 milyon 922 min 187 nəfər nəfər səs verib".

*** 

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

32gun.az ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə -2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

*** 10:40

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

"32gun.az"ın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.

Oxşar Xəbərlər