SİYASƏT

İlham Əliyev 92,1% səslə qələbə qazandı - İlkin nəticələr (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.

32gun.az xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.

Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:

Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz);

Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99)

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz);

Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz);

Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz);

Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz).
 

*** 23:15

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Seçkilərin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev 92.1 faiz

Zahid Oruc 2.2 faiz

Fazil Mustafa 1.99 faiz

Qüdrət Həsənquliyev 1.78 faiz

Razi Nurullayev 0.79 faiz

Elşad Musayev 0.66 faiz

Fuad Əliyev 0.48 faiz.

*** 23:12

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin rəsmi nəticəsi elan edilir.

Nəticələri MSK sədri Məzahir Pənahov elan edir. 

Nəticələrə görə, İlham Əliyev 2 milyon 497 min 542 (92,1%) səslə növbədənkənar prezident seçkilərinin qalibi olub. 

19:10

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.

32gun.az xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Oxşar Xəbərlər