İDMAN ÖZ XƏBƏR

Qolovin “Monako” ilə müqaviləsini uzadıb

Rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin “Monako” ilə müqaviləsini uzadıb. 

32gun.az bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. 

Yeni müqaviləyə əsasən, o, 2028/29 mövsümünün sonuna kimi komandanı təmsil edəcək. Klubla əvvəlki müqavilə 2026-cı ilin yayına qədər qüvvədə idi.

Fransa çempionatının cari mövsümündə "Monako" hərəyə 16 xalla PSJ ilə birinci yeri bölüşür.

Çempionlar Liqasında "Monako" ilk turda Kataloniya "Barselona"sına qalib gəlib. Qolovin həmin matçda 45 dəqiqə meydanda olub, fasilədən dərhal sonra əvəzedici heyətə daxil olub. Görüş 2:1 hesabı ilə başa çatıb. İkinci turda “Monako” Zaqreb “Dinamo”su ilə heç-heçə edib – 2:2.

2023/24 mövsümündə rusiyalı moneqaskların heyətində 27 matçda iştirak edib və altı qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümün sonunda şahzadə komandası Fransanın vitse-çempionu oldu və 2024/25 mövsümü üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Sonuncu dəfə “Monako” 2017-ci ildə Liqa 1-in çempionu olmuşdu, həmin il Qolovin Moskvanın CSKA klubunda çıxış edirdi.

Qolovin Rusiya komandasının 1/4 finala yüksəldiyi DÇ-2018-dən sonra ordu klubundan transfer olunub . "Monako"ya transfer məbləği 30 milyon avro olub.

Ayxan 

Oxşar Xəbərlər