İDMAN ÖZ XƏBƏR

Dünya çempionatının ikiqat finalçısı vəfat edib

Hollandiya millisinin sabiq futbolçusu Yohan Neskens 73 yaşında vəfat edib.

32gun.az bildirir ki, bu barədə onun çıxış etdiyi "Ayaks"ın rəsmi saytı məlumat yayıb

Ölümün səbəbi dəqiqləşdirilməyib. Neskens “Ayaks”la iki ölkə çempionluğu, üç avrokubok, iki UEFA Superkuboku və bir Qitələrarası Kubok da daxil olmaqla 10 kubok qazanıb.

Yarımmüdafiəçi "Barselona"da da çıxış edib və kataloniyalılarla birlikdə Kuboklar Kubokunu, eləcə də İspaniya kubokunu qazanıb.

Hollandiya millisinin heyətində Neskens 49 oyun keçirib və 17 qol vurub. Milli komanda ilə iki dəfə Dünya Çempionatında gümüş (1974, 1978) və Avro-1976-da bürünc medal qazanıb. Futbolçu 4 dəfə "Qızıl top"a namizəd olub.

Neskens futbolçu karyerasını bitirdikdən sonra “Barselona”, Avstraliya millisi və digər komandaların məşqçilər korpusunda çalışıb.

Ayxan 

Oxşar Xəbərlər