İDMAN ÖZ XƏBƏR

"Yuventus" dopinqə görə cəzalandırılan futbolçusu ilə müqaviləni pozub

İtaliyanın "Yuventus" klubu fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni pozduğunu rəsmən açıqlayıb.

32gun.az bildirir ki, bu barədə klubun rəsmi saytında  məlumat yayılıb. 

Komanda ilə 31 yaşlı Poqba arasındakı müqavilə noyabrın sonunda başa çatacaq.

Oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi (CAS) "Yuventus"un futbolçusu Pol Poqbanın dopinq qadağasının 4 ildən 18 aya endirildiyini açıqlayıb .

Dayandırılma 11 sentyabr 2023-cü il tarixindən hesablanır. Futbolçu 2025-ci ilin martından meydana çıxa biləcək.

2023-cü il sentyabrın 11-də məlum oldu ki, fransalının avqustun 20-də testosteron testinin müsbət çıxdığı və buna görə 4 ilə qədər futboldan uzaqlaşdırılması ilə üzləşib. Bundan sonra İtaliya Milli Antidopinq Tribunalı 30 yaşlı yarımmüdafiəçini müvəqqəti olaraq cəzalandırıb. Fransız futbolçu dopinq testinin əks yoxlanılmasını istəyib. Oktyabrın 6-da məlum olub ki, Acqua Acetosa laboratoriyasında aparılan sınaq testosteron üçün müsbət nəticə verib.

Poqba Fransa millisinin tərkibində 2018-ci il dünya çempionu və 2016-cı il Avropa çempionatının gümüş mükafatçısıdır . O, dördqat A Seriya çempionu, iki dəfə İtaliya Kubokunun qalibi və Avropa Liqasının qalibidir (2017).

Nilay 

Oxşar Xəbərlər