
Xalq artisti Aftandil İsrafilovun nadir görüntüsü / VİDEO
Sosial şəbəkələrdə Azərbaycanın xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun illər öncə lentə alınmış görüntüləri yayılıb.
32gun.az xəbər verir ki, videoda sənətkar nəlbəki ilə rəqs edərək musiqi və ritmi ustalıqla bir araya gətirir.
Aftandil İsrafilovun bu rəqsi onun sənətə olan sevgisini, musiqi ilə iç-içə yaşayan xarakterini və səhnədəki özünəməxsus davranış tərzini bir daha nümayiş etdirir. Sosial media istifadəçiləri görüntünü nostalji ilə qarşılayaraq sənətkarın enerjisinə və ustalığına heyranlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Aftandil İsrafilov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətti ilə tanınır və onun ifaları nəinki ölkə daxilində, həmçinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bu cür görüntülər sənətkarın yaddaşlarda yaşayan canlı obrazını yenidən canlandırır.
Nilay
.
.
.
.