SOSIAL ÖZ XƏBƏR

Buzovnada TƏHLÜKƏLİ VƏZİYYƏT: "Aztelecom"a Məxsus Telefon Dirəyi Aşıb, Qaz Xəttinin Üzərinə Düşüb! / FOTO

Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağa Neymətulla küçəsi sakinləri güclü küləyin yaratdığı ciddi problemlə üzləşiblər.

​32gun.az xəbər verir ki, gecə saat təxminən 03:00 radələrində (27 oktyabr) "Aztelecom"a məxsus telefon dirəyi (stolba) aşıb. Vətəndaşlar bildirirlər ki, hadisə barədə səhər saatlarından etibarən Aztelekomun müvafiq xidmətinə məlumat verilsə də, indiyədək heç bir tədbir görülməyib.

Aşmış dirək aşağıdakı ciddi təhlükələri yaradır:

Qaz Xəttinin Üzərinə Düşüb: Dirək bilavasitə ərazidəki qaz xəttinin üzərində yerləşir ki, bu da böyük bir qəza və fəlakət riskini yaradır.

Hərəkət Təhlükəsi: Dirək həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün maneə və təhlükə mənbəyidir.

​Sakinlər texniki xidmət əməkdaşlarının tez bir zamanda əraziyə göndərilməsini, aşmış dirəyin yerindən götürülməsini və təcili bərpa işlərinin aparılmasını tələb edirlər.

Nilay 

Oxşar Xəbərlər