DÜNYA ÖZ XƏBƏR

Brüssel hava limanı üzərində dron aşkarlanması səbəbilə tam bağlandı

Belçikanın paytaxtındakı Brüssel “Zaventem” beynəlxalq hava limanı üzərində naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbilə tamamilə bağlanıb.

32gun.az xəbər verir ki, bu barədə ölkənin "Belga" agentliyi məlumat yayıb.

Bildirilir ki, hava məkanının təhlükəsizliyinin təmin olunması üçün bir neçə reys digər Belçika şəhərlərinə, o cümlədən Lutyex (Liège) hava limanına yönləndirilib.

Bundan əvvəl ABŞ-da Federal Aviasiya Administrasiyası təhlükəsizlik səbəblərinə görə Vaşinqtondakı Ronald Reyqan adına hava limanında uçuşların qəbul və göndərilməsini müvəqqəti dayandırmışdı.

1 noyabrda isə Berlindəki Brandenburg hava limanı analoji səbəbdən fəaliyyətini dayandırmışdı. Həmin hadisə nəticəsində Bazel, Oslo və Barselonaya uçuşlar ləngimiş, London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan gələn təyyarələr digər hava limanlarına yönləndirilmişdi.

Brandenburg polisi bildirib ki, dronu əvvəlcə bir şahid, daha sonra patrul xidməti müşahidə edib, lakin PUA daha sonra ərazidən uzaqlaşaraq izlənilmədən itib.

Ayaz 

Oxşar Xəbərlər