ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135U Combat Sent kəşfiyyat təyyarəsi yenidən Qara dənizin neytral suları üzərində, Krım və Krasnodar sahillərinə yaxın bölgədə uçuş həyata keçirib.
32gun.az bildirir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, JAKE37 çağırış siqnalı ilə uçan təyyarə Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb. Bu, son bir neçə gün ərzində sözügedən bölgəyə ikinci belə uçuşdur — əvvəlki uçuş 4 noyabrda qeydə alınmışdı. Ondan əvvəl bölgədə kəşfiyyat fəaliyyətini RQ-4 Global Hawk tipli pilotsuz uçuş aparatları həyata keçirirdi.
RC-135U Combat Sent strateji radioelektron kəşfiyyat üçün nəzərdə tutulub və quruda, dənizdə və havada hərbi fəaliyyətləri izləmə imkanına malikdir.
Uçuşun məqsədi barədə rəsmi məlumat açıqlanmayıb.
Ayaz