ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Rusiya neftini almağı davam etdirməsindən narazılığını ifadə edib.
32gun.az "İnterfaks"s istinadən xəbər verir ki, obunu Vaşinqtonda Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü zamanı deyib.
“Onlar hələ də Rusiyadan neft alırlar. Bu, heç də yaxşı deyil. Bir çox Avropa ölkələri — və mən burada Macarıstanı nəzərdə tutmuram, çünki onun vəziyyəti fərqlidir — uzun illərdir Rusiyadan neft və qaz alır”, — Tramp bildirib.
Qeyd edək ki, Viktor Orban cümə günü Trampla görüşmək üçün Ağ Evə gəlib.
Tramp həmçinin Ukraynada davam edən döyüşlərin ABŞ və Rusiya prezidentləri arasında hələ də sammit keçirilməməsinin əsas səbəbi olduğunu qeyd edib. Bununla belə, o, Moskva və Kiyev arasındakı qarşıdurmanın yaxın gələcəkdə başa çatdırılacağına əminliyini ifadə edib. Tramp əlavə edib ki, onun Vladimir Putinlə Macarıstanda görüş keçirməsi üçün “çox yaxşı” imkan mövcuddur.
Ayaz