Tailandın The Pattaya News nəşrinin məlumatına görə, amerikalı turist Pattayada kondominiumun balkonundan yıxılaraq ciddi xəsarətlər alıb.
32gun.az xəbər verir ki, hadisə 18 noyabr səhəri baş verib. Məlumata əsasən, turist ikinci mərtəbənin balkonundan tullanıb və polis ilə xilasedicilərin bildirdiyinə görə, hadisə zamanı halüsinoqen maddələrin təsiri altında olub. Xilasedicilər 45 yaşlı Daniel Traba Uaytı yaralı vəziyyətdə binanın yanında çəmənlikdə tapıblar. O, özünü itirmiş görünürdü, ayağında güclü ağrı və sinəsində sıxılma olduğunu deyirdi. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Uaytın 18 yaşlı tanışı olan taylandlı qız bildirib ki, turist ehtimal ki, ketaminin təsiri altında sərxoş olub. Qız onun tullanmazdan əvvəl ucadan qışqırdığını eşidib. Polis Uaytın mənzilində kanabis və tərkibi müəyyən edilməyən, ehtimal ki, qadağan olunmuş maddə olan toz paketləri tapıb. Turistə narkotik maddə saxlamağa görə cinayət məsuliyyəti yarana bilər.
Ayaz