SOSIAL

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. 

32gun.az xəbər verir ki Mircavad Musayev bu gün Şabran şəhər qəbristanlığında  dəfn edilib

Atası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya, iş dalınca getdiyi bildirilir. 

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.
 

Loading...

Oxşar Xəbərlər