SOSIAL
İmamoğlunun həbs müddəti dəyişdiriləcək
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etmək ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilmişdi.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prokuror cəzanın 5 gün artıq hesablandığını əsas gətirərək apellyasiya məhkəməsinə müraciət edib.
Belə ki, prokuror apellyasiya məhkəməsinə verdiyi vəsatətdə hökmün dəyişdirilərək qüvvədə saxlanılmasını istəyib.
Bildirək ki, təqsirləndirilən şəxsin hökmündə hesablama xətası olduğu və bu səbəbdən əlavə 5 gün həbs cəzasının təyin edilməsinin prosedura və qanuna zidd olduğu bildirilib.
Nurlan Şiraliyev