
"Bu gün baş tutan tədbirdə Millət vəkili Nizami Cəfərov tarix elmləri doktoru Əsədulla Cəfərovu göstərərək biz ona professor elmi adı verməmişik, istəmirik ki, bizdən ayrılsın" - deyərək zarafatyana atmaca atıb.
32gun.az xəbər verir ki, bu sözlər Əsədulla Cəfərova bir o qədər xoş gəlməyib. Ona professor adınını verilməməsindən narazılığını bildirib. Üzünü Nizami Cəfərova tutaraq, özünün gördüyü işlərdən danışıb və ona professor elmi adını vermədiyi üçün tənqid edib.
Nizami Cəfərov Əsədulla Cəfərovun sözlərinə zarafatla cavab verib. Qısa müddət sonra barışıq olub, mübahisə davaya çevrilməyib.
Nilay