SOSIAL ÖZ XƏBƏR

ADNSU-nun memorandum imzaladığı, dövlət qurumlarının "çempionu" bu qanunu "çeynədi"

"POLİMART" MMC məhkəməlik olub. 

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət gömrük qaydalarını pozub.

Bununla da MMC barəsində İXM-nin 483-cü maddəsi ilə (Gömrük qaydaları əlehinə olan İnzibati Xətalar) protokol tərtib edilib. Hazırlanmış protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. 

Bildirək ki, Nizamnamə kapitalı 100 AZN olan "POLİMART" MMC-nin Qanuni təmsilçisi FƏRHAD MUSAYEV ASLAN oğludur.

“Polimart” MMC-nin Təsisçisi və Baş icraçı direktoru Rəşad Cabirlidir. Şirkət əsasən, plastik boru və bağlantıların satın alınması işləri üzrə xidmət göstərir.

Qeyd edək ki, rektoru, professor Mustafa Babanlı olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  (ADNSU) ilə “Polimart” şirkəti arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən memorandumun əsas məqsədi tərəflər arasında onların fəaliyyət sahələri və ikitərəfli əməkdaşlıq qurmaq olub.

Həmçinin ölkə mətbuatında gedən məlumatlarda "Polimart" şirkəti "Tender" çempionu kimi tanınır. 

Belə ki, şirkət iştirak etdiyi dövlət tenderlərində 3 milyon 231 min 49 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib. "Polimart" MMC-nin əsas "müştərisi" "Bakı Metropoliteni" QSC olub. Şirkət 9 tenderdən 6-nı bu qurumdan qazanmaqla 1 milyon 561 min 230 manat əldə edib. Bu isə ümumi tenderlərin  faizi deməkdir. 48 faizi deməkdir. Digər böyük məbləğli tender sifarişçisi isə "Azərsu" ASC-dir. Şirkət 1 tenderlə bu qurumdan 1 milyon 335 min 889 manat qazanıb. Bu da ümumi tenderlərin 41 faizini təşkil edir.

Ayxan 

 

Oxşar Xəbərlər