SİYASƏT
Söyüdlüdə şirkətin fəaliyyəti dayandırıldı
Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.
32gun.az xəbər verir ki, Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.