İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin birgə həyata keçirdiyi saxta pul əməliyyatında 2 milyon 300 min dollar ələ keçirilib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Basqın edilən ünvanda aparılan axtarışlar zamanı 100 əskinasda 2 milyon 300 min ABŞ dolları, 68 min 100 və 40 min 50 əskinas, ümumilikdə 108 min avro saxta pul və bir pul sayan aparat ələ keçirilib.
Hadisədə təqsirli bilinən 3 suriya əsilli şəxs dindirilmə prosesindən sonra həbs edilib.
Aysel Şirinova