Bursada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadın xəbər verir ki, Sibel Kahraman adlı qadın keçmiş sevgilisi İrfan Şahin tərəfindən döyülüb.
Hadisə ilə bağlıməlumatda həmçinin qeyd edilib ki, Sibel Kahraman sevgilisi İrfan Şahinlə 2013-cü ildə tanış olub. Cütlük uzun müddət sevgili olublar. Lakin ötən il S.Kahraman sevgilisi İrfan Şahinlə görüşməməyə qərar verib. Bununla da İrfan Şahin müxtəlif vaxtlarda Karamanın evinə və ya iş yerinə gedərək onu narahat etməyə başlayıb. Sonuncu dəfə dostu ilə əyləncə mərkəzinə gedən S.Kahraman onu izləyən İrfan Şahinin hücumuna məruz qalıb. Kahraman döyüldükdən sonra xəstəxanaya aparılıb. Kahramanın üzündə göyərmə izləri və burnu sınıq olub. Hadisə ilə bağlı prokurorluğa cinayət işi qaldırıb. Hadisəni törədən şəxs isə həbs olunub.
Ayxan
