Banqladeşin paytaxtında yerləşən bazarlardan birində gecə saatlarında yanğın baş verib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bazardakı mağazalarda çoxlu yanar material olduğu üçün alov sürətlə yayılıb.
Yüzlərlə mağazanı külə çevirən alova yanğınsöndürənlər tərəfindən müdaxilə edilib.
Yanğın təxminən 6 saat ərzində nəzarət altına alınıb.
Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada hadisənin elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilib.
Yanğında ölən olmadığı bildirilib.
Aysel Şirinova