İstanbulda baş verən hadisə polisi təcili hərəkətə keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, küçədən keçən iki nəfərdən biri silahını yoldan keçənlərə doğru tuşkayıb və sonra yoluna davam edib.
Ətrafdakılar tərəfindən mobil telefonun kamerası ilə lemtə alınıb.
Görüntülər yayıldıqdan sonra hərəkətə keçən polislər əllərində silahla ətrafda gəzən S.Y. (19) və dostu T.B.E.-ni (16) tutub.
Qaradəniz rayonunda ələ keçirilən S.Y.-nin evində aparılan axtarış zamanı görüntülərdəki tapança və 8 ədəd patron ələ keçirilib. Tutulan iki şübhəlinin çox sayda cinayət qeydlərinin olduğu ortaya çıxıb. Şübhəlilər haqqında "Ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmək" və "6136 SKM" cinayətləri ilə bağlı istintaqın davam etdiyi öyrənilib.
Ayxan