Beynəlxalq hava limanında iki mühafizəçi sərnişinin çantasından 600 dollar pul və əşyalar oğurlamaqda ittiham olunaraq tutulub.
32gun.az xəbər verir ki, hadisə ABŞ-ın Mayami şəhərində baş verib.
Məlumata əsasən mühafizə xidmətinin əməli hadisə yerindəki təhlükəsizlik kameralarında anbaan lentə alınıb.
Görüntülərdən sərnişinin çantasını yoxlanma aparatından keçirtmək üçün qoyduğu zaman, iki mühafizəçinin əvvəlcə çantanı gözlətdiyi, daha sonra çantadan pul və bəzi əşyalar oğurladığı aydın olub.
İstintaq çərçivəsində ifadələri alınan şəxslər cinayətlərini etiraf edərək, gündə min dollar oğurladıqlarını bildiriblər.
Aysel Şirinova
