
"Lidersement" Qapalı Səhmdar Cəmiyyəti operativ vergi nəzarəti tədbirləri çərçivəsində aparılan yoxlama zamanı aşkar edilmiş pozuntuya görə maliyyə sanksiyasına məruz qalıb.
32gun.az xəbər verir ki, cəmiyyətin fəaliyyət göstərdiyi obyektlərdə POS-terminalların quraşdırılması ilə bağlı tələblərə əməl olunmaması və ya quraşdırılmış POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyən edilib.
Vergi orqanı tərəfindən tərtib olunmuş akt əsasında "Lidersement" QSC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
QSC-nin qanuni təmsilçisi RƏHİM RƏHİMZADƏ VAQİF oğludur və onun rəhbərlik etdiyi şirkətin nizamnamə kapitalı 2000 manat təşkil edir.
Qeyd edək ki, "Lidersement" QSC "Norm" şirkətinin Bakı, Abşeron, Sumqayit, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Yardımlı, Səlyan, Neftçaladakı distribütorudur.
Ayaz