ÖZ XƏBƏR

DİM-də 221 min manatlıq "alış-veriş" - Notebook və personal kompüter üçün...

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif kompüter və kompüterlə əlaqəli avadanlıqların satınalınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

32gun.az xəbər verir ki, satınalmanın qalibi "HALAL-P" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında  221.651,2 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Məlumata görə, satınalma çərçivəsində quruma 8 çeşid notebook, 4 çeşid monitor, 9 çeşid personal kompüter, həmçinin skaner, lazer printeri, video kamerafotoaparat təhvil veriləcək.

İqtisadiyyat Nazirliyinin reyestrinə əsasən, qalib şirkətin nizamnamə kapitalı 10.000 manat, qanuni təmsilçisi isə Səbinə Cəfərova Namət qızıdır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.

Ayaz 

Oxşar Xəbərlər