SOSIAL
Bakıda 500-dən çox şagird təhlükə altında - VİDEOFAKT
Bakının Nizami rayonundakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən biri bağlanıb.
Bu barədə oxu.az-ın redaksiyasına müraciət daxil olub.
Bildirilib ki, məktəbin həyətinin girişi direktorun göstərişi ilə bağlanıb:
“Nəticədə təhlükəli vəziyyət yaranıb. Belə ki, orada təhsil alan uşaqlar təhlükəli yolla hərəkət edirlər. Məktəbin 500-dən çox şagirdi təhlükəli çıxışdan istifadə edir”.