SOSIAL
Naxçıvana uçan təyyarə geriyə qayıtdı - SƏBƏB
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
Bu barədə 32gun.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.