DÜNYA
İranın Xarici işlər naziri Rusiyaya səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.
32gun.az xəbər verir ki, görüş yanvarın 17-də Moskvada baş tutacaq.
Danışıqlar zamanı JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı-Joint Comprehensive Plan of Action) bərpası prosesi, bir sıra aktual beynəlxalq və regional mövzular, iki ölkə arasında qarşılıqlı fəaliyyət müzakirə olunacaq.
"Yanvarın 17-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmin gün Moskvada işgüzar səfərdə olacaq iranlı həmkarı ilə danışıqlar aparacaq" - deyə, Rusiya XİN sözçüsü Zaxarova bildirib.
Nurlan Şiraliyev