DÜNYA ÖZ XƏBƏR

Haluk Levent və "AHBAP"a toplanan məşhurlarından növbəti örnək addım - 800 milyonluq

 Məşhur türkiyəli müğənni "AHBAP" xeyriyyə cəmiyyətinin rəhbəri Haluk Levent zəlzələdən zərər görənlər üçün hərəkətə keçib. 

32gun.az bildirir ki, müğənni bu addımı ilə yenidən öz xlaqının rəğbətini qazanıb. Belə ki, zəlzələ qurbanları üçün sənət adamlarını ətrafına toplayan müğənni 800 milyonlirəlik ianə layihəsi həyata keçirib.

Bu barədə "AHBAP"ın "İnstagram" səhifəsində paylaşım edilib. Paylaşımda bildirilir: 

"2000 ailə üçün konteynerlər iki gün ərzində Hataya getməyə başlayır.
Məktəbləri təmir edəcəyik, qocalar üçün qocalar evləri, Reabilitasiya mərkəzləri, Tələbə yataqxanalarını açacağıq. Və bütün gündəlik ehtiyaclar üçün ərazidə olacağıq
Bunun üçün büdcəni ən az 850 milyon TL olaraq təyin etdik. Buna söz veririk".

Ayxan 

Oxşar Xəbərlər