
Sakarya vilayətinin Karasu rayonunda 6 mərtəbəli oteldə yanğın hadisəsi olub.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, otelin dam örtüyündə başlayan yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.
Əraziyə çox sayda yanğınsöndürən qüvvələr cəlb edilib. Qısa zaman ərzində yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Nurlan Şiraliyev