DÜNYA ÖZ XƏBƏR

Kafeyə silahlı hücum: Bələdiyyə sədri və qardaşı öldürüldü

Ədirnədə R.T. adlı bir şəxs ov tüfəngi ilə kafeyə girərək atəş açıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Belə ki, insident zamanı Kumdere kənd bələdiyyəsinin sədri 50 yaşlı Hüseyn Karataban, kafenin sahibi 64 yaşlı Hidayet Karataban,  L.G və H.K yaralanıb.

Yaralılar təcili yardımla Xəstəxanaya çatdırılıb. Müdaxilələrə baxmayaraq Hidayət Karataban və bələdiyyə sədir Hüseyn Karataban həyatını itirib. Digər iki nəfərin müalicəsi davam edir.

Hadisədən sonra qaçan şübhəli R.T.-nin saxlanılması istiqamətində işlər davam etdirilir.

Ayxan 

Oxşar Xəbərlər