DÜNYA ÖZ XƏBƏR

Dəhşətli qəza: İdarəetməni itirən sürücü məktəbin həyətinə girdi - yaralanan var

Türkiyədə dəhşətli yol qəzası baş verib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, idarəetməni itirən sürücü məktəbin hasarına çırpılıb. Zərbənin təsirindən hasarı keçən avtomobil divardan asılı vəziyyətdə qalıb.

Qəza zamanı divarın arxasında duran şəxs ağır yaralanıb. Sürücü Ceren Çelik isə qəzadan xəsarət görmədən xilas olub.

Xoşbəxtlikdən qəza dərslərin bitməsinə 15 dəqiqə qalmış baş verib. Bunun nəticəsində böyük fəlakətin qarşısı alınıb. 

Qəzada şoka düşən sürücü polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər