
Tayvan ölkəyə gələn xarici turistlərlə bağlı yeni qərar verib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hökumət ölkəyə gələn hər xarici turist üçün 5 min NTD (278 AZN) məbləğində pul ödəyəcəyini açıqlayıb. Həmçinin Tayvan vətəndaşları və meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (334 AZN) məbləğində vergi geri qaytarılması nəzərədə tutulur.
Qeyd edək ki, bu qərar koronavirusdan sonra geriləyən turizmi canlandırmaq məqsədi daşıyır.
Nurlan Şiraliyev