
Kahramanmaraşda baş verən və bütün Türkiyəni lərzəyə gətirən zəlzələlərdən sonra mürdəşirlik peşəsinə maraq daha da artıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildrir ki, Tuzla Xalq Təhsil Mərkəzinin açdığı "Cənazə Xidməti Kursu"nda gənc mürdəşir namizədlər təhsil alırlar.
Bir çox insanın qorxduğu və etməyə cəsarət etmədiyi işlərdən biri olan xalq arasında "ölü yuyan" kimi tanınan mürdəşirlik peşəsi ilə məşğul olmaq istəyən bəylər və qadınlar üçün 4 həftə 32 saatlıq təlim keçilir.
Tuzla Xalq Təhsil Müdiri Metin Çangır zəlzələlərdən sonra qazçılıq peşəsini öyrənmək istəyənlərin müraciətlərində artım olduğunu bildirib.
Çangır həmçinin bildirib ki, təlim və sertifikat almış mürdəşirlər və hazırda təhsil alan kurs tələbələri zəlzələ bölgəsində iştirak etmək, peşələrini yerinə yetirmək üçün rəsmi orqanlara müraciət ediblər.
Ayxan