DÜNYA ÖZ XƏBƏR

Ailələr arasında dava - 10 nəfər yaralandı

Şanlıurfada ailələr arasında mübahisə yaranıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı 10 nəfər yaralanıb. Yaralanan şəxslər təcili xəstəxanaya aparılıb.

Mübahisənin səbəbi kimi, iki ailə arasında düşmənçilik münasibətinin olması göstərilib. Polis davaya qarışan şübhəlilərin tutulması üçün araşdırmalara başlayıb.

Hadisə anı ətrafdakı şəxslər tərəfindən anbaan lentə alınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər