
Kahramanmaraşda baş verən zəlzələlər bir çox vilayətdə böyük dağıntılara səbəb olarkən, ölkə daxilində binaların dayanıqlılığı insanlarda şübhə yaratmağa başlayıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, vətəndaşların binalarının etibarlılığının ekspertizasını tələb etdiyi bir vaxtda Batmanda çəkilmiş video gündəm olub.
Binasının bünövrəsini yoxlamaq istəyərkən şoka düşən vətəndaş sütunların kərpicdən olduğunu bildirib və görüntüləri paylaşıb və "Hər kəs öz evinin bünövrəsinə baxsın, hətta podratçı qardaşınız da olsa".
Ayxan