DÜNYA ÖZ XƏBƏR

Dənizdə güclü yanğın - Gəmi-bərə alovlandı

Mərmərə dənizində Tekirdağ sahillərində gəmi-bərə yanıb. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə ilə bağlı məlumat alan mütəxəssislər dənizdə ehtiyyat gəmiləri ilə müdaxilə işlərinə başlanılıb.

Yanan gəmi-bərə sahilə çıxarılıb və yanğınsöndürənlər yanğına müdaxilə edərək alovu söndürüblər.

Daha sonra soyutma əməliyyatı başlayıb.

Tekirdağ limanına yanaşan bərədəki yanğın söndürülərkən, tüstüdən təsirlənən 30 nəfərə ilkin ambulator müalicə  tətviq olunub.  Yanğın gəmi-bərəyə və daşıdığı avtomobillərə külli miqdarda ziyan vurub.

Ayxan 

Oxşar Xəbərlər