
Türkiyədə zəlzələdən zərərçəkən ailənin evinə girərək oğurluq edən şəxs saxlanılıb.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, oğurluqda təqsirli bilinən şəxs özünü "kapitan" kimi təqdim edərək ailəyə yardım edəcəyini bildirib.
Daha sonra namaz qılmaq bəhanəsi ilə evi gəzən şəxs 90 min lirə (8100 AZN) dəyərində qızıl bilərzikləri oğurlayıb. O oğurladığı qızıl-zinət əşyalarını satıb.
Polis tərəfindən saxlanılan şəxs məhkəməyə çıxarılaraq həbs edilib.
Qeyd edək ki, onun keçmiş çavuş olduğu məlum olub.
Nurlan Şiraliyev