Konyada dəhşətli hadisə baş verib.
32gun.az xəbər verir ki, hıbsxanadan icazə ilə çəxan şəxs dəhşət saaçıb.
Belə ki, o həbsxanasından çıxan şəxs dini nikahda yaşadığı Damla Dakımı bıçaqlayaraq öldürüb.
"Qəsdən adam öldürməyə cəhd" ittihamı ilə 8 il həbs cəzası aldığı həbsxanadan icazə ilə çıxan Neşet Günəş telefondakı mesaja görə dini nikahda olduğu Damla Dakımla mübahisə edib. Mübahisə böyüyüb və Günəş mətbəxdən götürdüyü bıçaqla Damla Dakıma hücum edərək sinə, boyun və kürəyindən xəsarətlər yetirib. Dakım qan içində yerə yıxılıb, Neşet Günəş qaçıb.
Səs-küy və kömək çağırışını eşidən qonşular Təcili Yardım Mərkəzinə məlumat veriblər. Hadisə yerinə polis və təcili yardım əməkdaşları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım göstərilən Damla Dakımı aparıldığı Konya Şəhər Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb. Damla Dakımın cənazəsi bu gün həmin məhəllədəki Atabəy qəbiristanlığında torpağa tapşırılıb.
Hadisədən sonra araşdırmalara başlayan polis qısa müddət sonra Günəşi yaxalayıb. Bölmədəki ifadəsində Damla Dakımı xəyanət etdiyi üçün öldürdüyünü iddia edən Neşet Günəş əməliyyatlardan sonra məhkəməyə sövq edilib.
Ayxan