DÜNYA ÖZ XƏBƏR

Antalyada dəhşətli meşə yanğını nəzarətə alındı

Türkiyənin Alanya əyalətində dünəndən başlayan meşə yanğını qismən nəzarətə alınıb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən yanğın 190 hektar sahə əhatə edib. Havadan və qurudan müdaxilə ilə 10 təyyarə, 22 helikopter, 72 su daşıyan maşın və tikinti texnikası, 500-dən çox canlı qüvvə yanğının söndürülməsində iştirak edib.

Bildirilib ki, kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı bölgəyə gələrək işləri təqib edib.

Yanğının başlama səbəbi hələlik məlum deyil. 

Qeyd edək ki, yanğının yaşayış məntəqələri yaxınlığında baş verməsi səbəbilə 13 ev təxliyə edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər