DÜNYA ÖZ XƏBƏR

İranda PUA qəzaya uğradı - Yaralananlar var (FOTO)

İranın Qorqan şəhərində PUA-nın qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, Gülüstan vilayəti qubernatorunun müavini Əli Mühacir Nəhərdani İRNA-ya açıqlamasında hadisə ilə bağlı məlumat verib.

Nahardani, "Düşən PUA-nın hissələri şəhərin müxtəlif yerlərinə səpələnib. Yaşayış sahəsindəki 2 vətəndaş yaralanıb", - deyib.

İran rəsmisi bildirib ki, hadisə ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, Gülüstan vilayətinin mərkəzi şəhəri olan Qorqanda səhər saatlarında göydən düşdüyü bildirilən naməlum metal cisimlər bəzi evlərə və iş yerlərinə ziyan vurub, əhalidə təşviş yaradıb.

Aysel Şirinova

Kentte panik: Havadan ‘tanımlanamayan cisim’ yağdı

Oxşar Xəbərlər